İyunun 10-da Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün Səngəçal terminalına səfər təşkil olunub.
Səfər zamanı ilk öncə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın enerji strategiyası, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji layihələr, eləcə də Səngəçal terminalının əhəmiyyətindən bəhs edən təqdimatla çıxış edib.
SOCAR-ın Qaz Marketinqi Departamentinin rəisi Nəriman Şahsuvar çıxışında gənc media nümayəndələrinə milli enerji siyasətinin əsas istiqamətləri, icra olunan layihələr və gələcək hədəflər barədə məlumat verib.
Daha sonra bp-nin “Azəri-Çıraq-Günəşli” yatağında sahənin işlənməsi üzrə rəhbəri Əfqan Hüseynov təqdimat ilə çıxış edərək bp şirkəti tərəfindən Azərbaycanda icra olunan layihələrdə tətbiq olunan texnoloji həllərdən və müasir qazma qurğularından bəhs edib.
Səfərin davamında media nümayəndələri üçün Səngəçal terminalı ərazisində sahə turu təşkil olunub və sonda xatirə fotosu çəkilib.
Orxan Vahidoğlu, "İki sahil"