Süni intellektin tətbiqi üçün zəruri olan data mərkəzlərinin inkişafı hazırda üzərində işlədiyimiz prioritet layihələrdəndir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycan bir tərəfdən də öz daxili ehtiyaclarının ödənilməsini hədəfləyir. “Burada söhbət yalnız iqtisadiyyatla məhdudlaşmır. Vətəndaşlarımıza göstərilən bir çox xidmətlər də bu gün data mərkəzlərinə olan tələbatı artırır. Bu sahə çox sürətlə inkişaf etdiyinə görə düşünürük ki, əminliklə demək olar, ildən-ilə, hətta aydan-aya həm imkanlar, həm də ehtiyaclar artacaq”, - deyə M.Cabbarov əlavə edib.
2026-cı ilin doqquz ayında Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara AYDINLIQ GƏTİRDİ
Dövlət Turizm Agentliyi ilə UNESCO arasında əməkdaşlıq əlaqələri müzakirə olunub