FİFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının rəsmi himnini ictimaiyyətə təqdim edib.
“İki sahil” xəbər verir ki, turnirin rəsmi musiqisi “DNT” adlanır və artıq FİFA-nın Dünya Kuboku platformalarında yayımlanmağa başlayıb.
Kompozisiya beynəlxalq musiqi əməkdaşlığının məhsuludur. Layihədə məşhur italiyalı tenor Andrea Boçelli, fransız DJ David Guetta, amerikalı reper “Megan Thee Stallion” və EJAE iştirak ediblər.