Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBiB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri addımlar atılır.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə TƏBİB-in müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən tabeli tibb müəssisələrində fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.
Monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, mövcud risklərin müəyyən edilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin vahid tibbi standartların tətbiqinin təmin edilməsidir. Eyni zamanda, tibb müəssisələrində tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, o cümlədən əmək müqavilələri və kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya və təlim proseslərinin monitorinqi, kadr ehtiyaclarının və işçi yükünün təhlili istiqamətində tədbirlər görülür.
Tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, sahələr üzrə aşkarlanmış nöqsanların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
Qarabağda yanğına qarşı qabaqlayıcı tədbirlərlə bağlı regional müşavirə keçirilib