13 iyun 2026 11:46
83

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Respublika Qan Bankının ölkə üzrə 8 regional bölməsi fəaliyyətdədir. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Gələcəkdə qan xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün icbari tibbi sığorta ilə qan xidmətinin qarşılanması məsələsi gündəmdədir", - deyə E.Nağıyev bildirib.