13 iyun 2026 12:55
101

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.

“İki sahil” xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.

Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, "Yamaha-25" markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.