İyunun 13-də Bakı şəhəri 102 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən direktor Gülnarə Nəzərəliyeva 2025-2026-cı tədris ilinin məktəb üçün yaddaqalan olduğunu bildirib.
Onun sözlərinə görə, bu il 9-cu siniflərin buraxılış imtahanında maksimum balı (300) toplayan şagirdin olması çox sevindirici haldır: "Səkkiz nəfər arasında birinin bizim şagird olması məktəbimizin bütün müəllim kollektivinin uğuru sayıla bilər. Bu il məktəbi 150 şagird bitirir. 11-cilərin arasında 200 baldan yuxarı yığan şagirdlərin sayı çoxdur. 9-cu siniflərdən birində 36 şagirddən 18-i 200 bal toplayıb".
Direktor qeyd edib ki, şagirdlər istər fənn müsabiqələrində, istərsə də olimpiadalarda, eyni zamanda bir çox layihələrdə uğurla iştirak ediblər. Əks şagirdlər bizim yerli universitetlərə 1-ci mərhələnin nəticələrinə əsasən qəbul olublar. 2-ci mərhələdə özlərini sınayacaq şagirdlər, sözsüz ki, olacaq. Çin, İngiltərə, ABŞ və Kanada universitetlərinə qəbul olan şagirdlərimiz var. Bu bizi sevindirir".
Qeyd edək ki, bu il paytaxt məktəblərində 37 min 222 nəfər XI sinfi bitirərək məzun adını qazanır. Respublika üzrə isə ümumilikdə 116 min 550 şagird orta təhsil pilləsini başa vurur.