Bakı Fotoqrafiya Evində Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində mətbuat konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel və ŞKTC Baş nazirinin müavini və turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu çıxış ediblər.
Çıxışçılar ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, mədəni tədbirlərin keçirilməsi humanitar əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı əməkdaşlığın genişlənməsinə və xalqlarımız arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.