25 avqust 2026 10:44
252

Robert Köçəryan və oğlu saxlanılıb - VİDEO

Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Aysor" Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən məlumat yayıb.

"Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir. Zərurət yarandıqda, əlavə məlumat veriləcək", - komitənin açıqlamasında bildirilir.