Böyük Britaniyada müdafiə naziri təyin edilən Den Jarvisin yerinə təhlükəsizlik məsələləri üzrə yeni nazir təyin edilib.
“İki sahil” xəbər verir ki, müvafiq qərar dövlət fərmanında öz əksini tapıb.
Təhlükəsizlik məsələləri üzrə nazir vəzifəsini Anjela İql icra edəcək. O bu postda bir müddət əvvəl ölkənin müdafiə naziri təyin olunmuş Jarvisin yerinə keçib.
Qeyd edək ki, A.İql bundan öncə Ətraf Mühit, Qida və Kənd Təsərrüfatı Nazirliyində, həmçinin Daxili İşlər Nazirliyində sərhəd təhlükəsizliyi və sığınacaq verilməsi məsələləri üzrə nazir postlarında fəaliyyət göstərib.
Xatırladaq ki, Böyük Britaniyanın sabiq müdafiə naziri Con Hili hökumətin müdafiə xərcləri ilə bağlı planları ilə razılaşmadığına görə tutduğu vəzifədən istefa verib. Onun qənaətinə görə, nəzərdə tutulan xərclər dövlətin qarşılaşdığı mövcud təhdidlərin səviyyəsinə cavab vermir.