14 iyun 2026 01:40
102

Makron Trampı Versal Sarayında qəbul edəcək

Fransa prezidenti Emmanuel Makron ABŞ-nin müstəqilliyinin 250 illiyini qeyd etmək üçün iyunun 17-də Versal Sarayında ABŞ prezidenti Donald Trampla şam yeməyi təşkil edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "BFMTV" televiziya kanalı Yelisey Sarayına istinadən xəbər verib.

Məlumata əsasən, D. Tramp iyunun 15-də Evian-le-Ben şəhərində keçiriləcək "G7" sammitində iştirak etmək üçün Fransaya gələcək.

Fransa prezidentinin mətbuat xidməti qeyd edib ki, Versal Sarayı "1783-cü ildə ABŞ-ın müstəqilliyini təmin edən müqavilənin imzalandığı Fransa-Amerika dostluğunun ikonik bir yeridir".