14 iyun 2026 22:30
90

Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib

İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.

"Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli olduğu qənaətinə gəlib", - deyə o bildirib.

İran prezidenti qeyd edib ki, hazırda bir çox media orqanı keçmiş Ali Lider Əli Xameneinin ABŞ ilə danışıqların aparılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını dərc edir, lakin prezidentin sözlərinə görə, o, bir dəfə bu məsələni Xamenei ilə şəxsən müzakirə edib və "o zaman o, danışıqların ləyaqətli şərtlər altında aparılmasına və davam etdirilməsinə icazə verib".

İran prezidenti həmçinin əlavə edib ki, son hadisələrə baxmayaraq, Tehran qonşu ölkələrlə yaxşı münasibətləri bərpa edə bilib.