16 iyun 2026 16:42
101

Rusiyada benzin satışına məhdudiyyət tətbiq edilib?

"Tatneft" şirkətinin Rusiyanın bütün ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyət tətbiq olunub. Məlumata görə, bir nəfərə maksimum 30 litr benzin və 60 litr dizel yanacağı satılır.

“İki sahil” xəbər verir ki,  bu barədə “Kommersant-Yujnıy Ural” nəşrinə şirkətin qaynar xəttində məlumat verilib. Məhdudiyyətin tətbiq edilmə səbəbləri isə açıqlanmayıb.

“Tatneft”in nümayəndələri Radio RBK-ya bildiriblər ki, yük avtomobilləri üçün dizel yanacağının satış limiti 300 litr təşkil edir.

Bundan əvvəl şirkətin yanacaqdoldurma məntəqələrində ödənişlərin müvəqqəti olaraq yalnız nağd şəkildə qəbul edildiyi barədə də məlumat yayılmışdı.

Bundan əlavə, Moskva Birjasında “Tatneft”in səhmlərinin dəyərində azalma qeydə alınıb.