Federal Təhqiqat Bürosu (FTB) və onun ABŞ hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən tərəfdaşları Ağ Evin yaxınlığında keçirilən UFC turnirinə edilən dron hücumunun qarşısını alıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində beş nəfər saxlanılıb. Bundan əlavə, sui-qəsd planı ilə əlaqəli ola biləcək daha 23 nəfərin şəxsiyyəti müəyyən edilib.
Telekanalın məlumatına əsasən, hücumun məqsədi tədbirin keçirildiyi əraziyə yaxın binalara zərbələr endirmək və bununla da kütləvi təxliyəyə səbəb olmaq idi. Planlaşdırıldığı iddia olunan ssenariyə görə, insanların əvvəlcədən yerləşdirilmiş snayper qrupunun istiqamətinə yönləndirilməsi nəzərdə tutulurdu.
Mənbələrin bildirdiyinə görə, bundan sonra planın “ikinci mərhələsi” çərçivəsində digər iştirakçılar Ağ Evin təhlükəsizlik hasarını yarmağa cəhd etməli idilər.
Fox News-un məlumatında qeyd olunur ki, FTB təhlükə barədə ilk məlumatı iyunun 10-da əldə edib və həbs üçün kifayət qədər sübut toplamaq məqsədilə digər qurumlarla birgə əməliyyat aparıb. Şübhəlilərdən biri Cincinnati şəhərində saxlanılıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trump UFC turnirini Ağ Evin tarixində ən həyəcanverici günlərdən biri adlandırmışdı.
Almaniya XİN rəhbəri Ukrayna üzrə danışıqların yayda bərpa oluna biləcəyini istisna etməyib
Krımda gecə saatlarında motosiklet və digər mototexnika hərəkəti məhdudlaşdırılıb
Beynəlxalq arbitraj Qara dəniz və Kerç boğazı ilə bağlı iş üzrə qərarını açıqlayıb