Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefonla danışıb və ABŞ ilə İran arasında iyunun 19-da İsveçrədə imzalanacaq anlaşma memorandumu müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Nazirlər ABŞ və İran arasında bu yaxınlarda əldə olunmuş razılaşmaları məmnunluqla qarşılayıb və 19 iyun 2026-cı il tarixində İsveçrənin Bürgenstok şəhərində Anlaşma Memorandumunun qarşıdan gələn imzalanması barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.
Həmçinin Pakistan–Türkiyə ikitərəfli münasibətləri müzakirə edilib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 ("Böyük yeddilik") sammitinin yekunlarına dair çıxışında deyib ki, İranla saziş iyunun 18-19-da imzalana bilər. ""Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq", - o bildirib.
Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub
Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib