Avropa Komissiyası (AK) və Fransa Parisə 15 milyard avrodan çox kreditin ayrılması barədə saziş imzalayıb.
“İki sahil” xəbər verir ki, bu, Avropa İtifaqının (Aİ) müdafiəsini gücləndirmək üçün SAFE proqramı çərçivəsində baş tutub.
Müqavilə Parisdə keçirilən "Eurosatory" beynəlxalq müdafiə sərgisi çərçivəsində AK-nın müdafiə və kosmos üzrə komissarı Andryus Kubilyus, eləcə də büdcə və insan resursları üzrə komissarı Pyotr Serafin, Fransanın silahlı qüvvələr və İqtisadiyyat nazirləri Katrin Votren və Roland Leskyurun iştirakı ilə imzalanıb.
Serafinin sözlərinə görə, saziş Avropanın strateji muxtariyyətinin artırılması yolunda mühüm addım olub.
"Avropa üçün 150 milyard avro, Fransa üçün 15 milyard avro. Bu, kifayətdirmi? Əlbəttə ki, yox. Lakin bu, təhlükəsizlik və müdafiə sahəsində davamlı iştiraka doğru ilk addımdır", - o, imzalanma mərasimində bildirib.
Kubilyus qeyd edib ki, SAFE təkcə Aİ-nin üzv dövlətlərin müdafiəsinə yatırdığı ən böyük investisiya deyil, həm də ittifaq tərəfindən müdafiə potensialını gücləndirmək üçün qəbul edilmiş ən sürətli qərarlardan biridir.
Leskyur imzalanmanı Fransa, Avropa və Avropa müdafiə sənayesi üçün mühüm gün adlandırıb və qeyd edib ki, proqram Aİ ölkələri arasında birgə layihələri maliyyələşdirməyə və müdafiə sektoruna investisiyaları sürətləndirməyə imkan verəcək.
Fransa hökuməti bildirib ki, maliyyələşmə silah, tədqiqat, kosmos və innovasiyalar sahəsində onlarla layihəyə, eləcə də Avropa müdafiə şirkətləri arasında əməkdaşlığın inkişafına yönəldiləcək.
Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub
Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib