17 iyun 2026 23:40
84

İsrail HƏMAS-ın snayper bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın snayper bölməsinin komandirinin və yaraqlısının öldürüldüyünü bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfinin iddiasına görə, öldürülən şəxslər 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə edilən hücumda iştirak ediblər.

"İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzi hissəsinə endirdiyi dəqiq zərbə ilə HƏMAS-ın hərbi qanadının snayper bölməsinin komandirini və daha bir HƏMAS terrorçusunu öldürüb. Onlar Qəzza zolağında fəaliyyət göstərən İsrail ordusu qoşunları üçün birbaşa təhlükə yaradırdı", - bəyanatda bildirilib.

Ölənlərin adları qeyd edilməyib.