18 iyun 2026 14:28
101

Fərhad Abdullayev: İnsan hüquqlarının təşviqi istiqamətində görülən işlər bu təsisatın nüfuzunu daha da artırıb

Azərbaycan Ombudsmanı insan hüquqlarının müdafiəsi sahəsində mühüm ictimai-hüquqi təminat mexanizmlərindən biri kimi fəaliyyət göstərir. Xüsusilə Ombudsman təsisatının vətəndaşlar üçün yüksək əlçatanlığı, hüquqi maarifləndirmə fəaliyyəti və dövlət orqanları ilə vətəndaşlar arasında körpü rolunu uğurla yerinə yetirməsi insan hüquqlarının müdafiəsinin səmərəliliyinə mühüm töhfə verir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı söyləyib. "Son illər Ombudsman Aparatı tərəfindən həyata keçirilən təşəbbüslər, beynəlxalq əməkdaşlıq layihələri və insan hüquqlarının təşviqi istiqamətində görülən işlər bu təsisatın nüfuzunu daha da artırıb”, - deyə F.Abdullayev qeyd edib.