18 iyun 2026 14:34
96

FHN-in Aran Regional Mərkəzi təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.

“İki sahil” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub. Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib. Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.