Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti matçına çıxıb.
“İki sahil” xəbər verir ki, Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Macarıstan yığması ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada rəqib qələbə qazanıb - 3:1.
Qeyd edək ki, komanda növbəti matçını iyunun 21-də Portuqaliya yığmasına qarşı keçirəcək.