20 iyun 2026 13:11
98

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Laçın rayonunun Sus kəndi ərazisində iyunun 23-ü saat 10:00-da minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək.

“İki sahil” yazır ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarmarka Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbir ANAMA-nın mobil bazasının inzibati binasında baş tutacaq. Yarmarkada xüsusilə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim olunacaq.