20 iyun 2026 18:58
103

Culfa rayonunun Ərəzin kəndində içməli su təminatı yaxşılaşdırılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Culfa rayonunun Ərəzin kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yeni içməli su xəttinin çəkilişi həyata keçirilir.

Görülən işlər çərçivəsində 60 evin içməli su ilə təmin olunması üçün diametri 90 millimetr olan borularla ümumilikdə 464 metr uzunluğunda yeni su xətti çəkilib. Eyni zamanda, xətt üzərində hər biri 18 çıxışlı olmaqla, 3 ədəd su paylayıcısı quraşdırılıb. Tikinti-quraşdırma işləri zamanı 464 metr uzunluğunda qazıntı aparılıb, içməli su xətti qazılmış hissəyə yerləşdirilərək normativ tələblərə uyğun qaydada torpaqla doldurulub və bərkidilib.

Hazırda tikinti işləri davam etdirilir. Su paylayıcılarının şəbəkəyə birləşdirilməsi və digər yekun işlər başa çatdırıldıqdan sonra yeni içməli su xətti istifadəyə veriləcək.

AZƏRTAC