21 iyun 2026 00:10
101

ABŞ Silahlı Qüvvələri: İran Hörmüz boğazına nəzarət etmir

İran Hörmüz boğazına nəzarət etmir.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” xəbər portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində yazıb.

Jurnalist paylaşımında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi, birinci dərəcəli kapitan Tim Hokinsin sözlərindən sitat gətirib.

“Gəmilərin hərəkəti davam edir və ABŞ Silahlı Qüvvələri vəziyyətin belə qalmasını təmin etmək üçün vəziyyəti izləyir”, – deyə Ravid onun sözlərindən sitat gətirib.