21 iyun 2026 01:50
71

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatında qapıçılar tərəfindən keçirilən oyunların sayına görə rekordçu olub.

“İki sahil” xəbər verir ki, o, Almaniya millisinin heyətində dünya kubokunun ikinci turunda Kot-d’İvuar ilə oyunda start heyətdə yer alıb. Bu oyun 40 yaşlı Noyerin Almaniya millisinin heyətində dünya kubokunda 21-ci oyunu olub. Ondan əvvəlki rekord fransız Hugo Lorisə aid idi. O, dünya kubokunda 20 oyun keçirmişdi.

Noyer Almaniya millisinin heyətində 2014-cü il dünya kubokunun qalibi olub.