22 iyun 2026 17:10
103

Estoniyada düşən pilotsuz uçuş aparatında 5 kq partlayıcı maddə aşkar edilib

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın regionlarına hücumu zamanı Estoniya ərazisinə düşən pilotsuz uçuş aparatının (PUA) içərisində 5 kq partlayıcı maddə olub.

“İki sahil” xəbər verir ki, bu barədə Estoniya Təhlükəsizlik Polisi Departamentinin büro rəhbəri Harris Puusepp bəyan edib.

"Ot biçməyə gedən yerli sakin təxminən iki həftə əvvəl Rıuge volostundakı (inzibati ərazi vahidi) sahədə partlayıcı maddə ilə təchiz olunmuş dron tapıb. Görünür, pilotsuz təyyarə bura iyunun əvvəlində, Ukraynanın Rusiyaya hücumu zamanı düşüb", - deyə ERR teleradioşirkəti onun sözlərindən sitat gətirib.

Xatırladaq ki, mayın sonunda Estoniyanın şərq sərhədində dronlardan müdafiə məqsədilə ilk xüsusi qurğuların quraşdırıldığı məlum olmuşdu.