Məşhur britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib. 1980-cı illərdə məhşurlaşan müğənni daha çox solo ifaçısı olaraq tanınıb.
Yaxınları tərəfindən müğənninin ürək çatışmazlığından Britaniyanın Oxfordshire şəhərindəki evində vəfat etdiyi bildirilib. C.Maykln ölümü xristiyanların milad bayramına təsadüf edib.
Müğənni, bəstəkar Elton Con sənətçinin ailəsinə başsağlığı verib.