24 iyun 2026 14:32
84

Tramp Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verəcəkmi?

ABŞ Prezidenti Donald Tramp Ukraynanın öz ərazisində "Patriot" zenit-raket kompleksləri üçün raket istehsal etmək tələbini rədd etməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın "Responsible Statecraft" (RS) analitik nəşri yazır.

Məqalə müəllifləri qeyd edirlər ki, rəsmi Kiyevin bu istəyinin yerinə yetirilməsi Vaşinqton üçün ciddi fəsadlar doğura bilər:

"Zelenskinin lisenziya verilməsi ilə bağlı xahişinə səssizcə razılıq vermək... çətin ki, əzəmətli və effektiv bir qərar hesab olunsun. Bu addım... ABŞ-ın milli təhlükəsizliyi üçün mühüm risklər yaradacaq."