25 iyun 2026 12:32
111

Kral III Çarlz Britaniyada keçirilən forumda Muxtar Babayevlə söhbət edib

Böyük Britaniya Kralı III Çarlz Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə ayaqüstü görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Britaniya Kralı III Çarlzın ətraf mühitin mühafizəsi məsələlərinə dəyişməz sadiqliyi bütün dünya üçün ilham mənbəyidir. COP29-un prezidenti Muxtar Babayev superçirkləndiricilər probleminə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla, dünyanın aparıcı iqlim liderlərinə qoşulub. Görüş Böyük Britaniya Kral ailəsi və Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyi tərəfindən Sent-Ceyms sarayında təşkil olunub", - E.Süleymanov yazıb.