25 iyun 2026 13:59
111

Xilasedicilərin xidmət apardığı çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub

Son illərdə suda boğulma hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verib.

Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, xilasedici xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi, çimərliklərdə nəzarətin artırılması və vətəndaşlara yönəlik təhlükəsizlik çağırışlarının intensivləşdirilməsi bu sahədə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb.

Akşin Əlili qeyd edib ki, xilasedicilərin xidmət apardığı çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib və çoxsaylı insan həyatının xilas edilməsinə nail olunub.

FHN rəsmisi vurğulayıb ki, boğulma hallarının əksəriyyətinin nəzarətsiz ərazilərdə baş verməsi problemin minimuma endirilməsi üçün vətəndaşların da təhlükəsizlik qaydalarına daha məsuliyyətlə yanaşmasının vacibliyini göstərir.

Yaqut Ağaşahqızı, “İki sahil”