Bakı Ali Neft Məktəbi (BANM) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinqində dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401–600 diapazonunda qərarlaşıb.
“İki sahil” xəbər verir ki, BANM ötən il bu nüfuzlu reytinqdə ilk dəfə iştirak edərək 801–1000 diapazonunda yer almışdı. Bu il isə BANM qısa müddətdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq beynəlxalq səviyyədə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri bir daha təsdiqləyib.
BANM-in ümumi göstəricisi 70.7 bal olub və 1603 ali təhsil müəssisəsi arasında qiymətləndirilib.
Ali məktəb aşağıdakı 5 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə yüksək nəticələr əldə edib:
-DİM 10 – Bərabərsizliyin azaldılması – dünya üzrə 80-ci yer
-DİM 12 – Məsuliyyətli istehlak və istehsal - 101–200
-DİM 8 – Layiqli əmək və iqtisadi artım – 101–200
-DİM 4 – Keyfiyyətli təhsil – 101–200
-DİM 17 – Məqsədlər naminə tərəfdaşlıq – 61.6 bal
“THE Impact Rankings” universitetlərin təhsil, tədqiqat, idarəetmə və ictimai fəaliyyətlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən dünyanın ən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir.
Bu uğur BANM-in dayanıqlı inkişaf, inklüziv təhsil, beynəlxalq əməkdaşlıq və cəmiyyətə təsir sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
SOCAR-ın prezidenti İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri ilə görüşüb
Enerji Dialoqu Platforması çərçivəsində növbəti məlumatlandırma sessiyası Bakı Ali Neft Məktəbində keçirilib
SOCAR "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsini elan edir