26 iyun 2026 23:00
100

Yüngül mühərrikli təyyarə Pekinin ən uca göydələninə çırpılıb

İyunun 26-da axşamüstü yüngül mühərrikli təyyarə Pekinin ən hündür göydələninə çırpılıb.

“İki sahil” xəbər verir ki, bu barədə sosial mediada videolar yayılıb.

Hadisədən dərhal sonra polis göydələnin ətrafındakı yolları bağlayıb.

“CITIC Tower” və ya “China Zun” kimi tanınan bina Pekinin mərkəzi biznes rayonunda yerləşən 108 mərtəbəli göydələndir.

Şahidlərin sözlərinə görə çırpılma nəticəsində binanın 2 şüşə paneli zədələnib. Təyyarənin qalıqları yerə düşüb.

Hakimiyyət orqanları hadisə barədə heç bir məlumat verməyib.