26 iyun 2026 23:46
92

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistanda müqavilə əsasında xidmət edən hərbi qulluqçu ölüb.

“İki sahil” "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Əsgərin ölüm faktı ilə bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

Komitədən qeyd edilib ki, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hərbi qulluqçunun ölüm səbəbləri və digər təfərrüat barədə məlumat verilmir.