Əlcəzair millisinin baş məşqçisi Vladimir Petkoviç DÇ-2026-nın qrup mərhələsinin III turunda baş tutan Avstriya (3:3) ilə matçda futbolun qalib gəldiyini hesab edib.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, mütəxəssis bunu J qrupunun oyunundan sonra deyib.
"Bu, bir növ hər kəsin dözümlülük hüdudlarından kənara çıxdı. Sonda məhz futbolun qalib gəlməsinə çox şadam. 3:3 hesabı hər şeyi ifadə edir. Gəlin dincələk, sonra növbəti mərhələ üçün yenidən başlayarıq", – deyə mütəxəssis bildirib.
O, 1/16 finalda qarşılaşacaqları İsveçrə millisi haqqında da fikirlərini bölüşüb:
"İsveçrə güclü komandadır, yeni simalar olsa da, mən onları tanıyıram, bəziləri rəhbərliyim altında çıxış ediblər, ona görə də bu oyunçulara bələdəm".