Bu gün AMEA- da keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresdə Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, şöbə müdirləri professorlar İsmayıl Kazımov, Sevinc Əliyeva və İlhami Cəfərov Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təsis edilmiş Xatirə Nişanı və Azərbaycan Milli Elmlər Akademiyasının Döş Nişanı ilə təltif ediliblər. “İki sahil” xəbər verir ki, bu barədə Dilçilik İnstitutundan məlumat verilib.