30 iyun 2026 18:57
104

Tarixi və mərkəzi ərazilərdə reklam yerləşdirilməsinə xüsusi tələblər tətbiq olunur

ADRA: Məqsəd şəhərin tarixi-mədəni irsini qorumaq və memarlıq estetikasını təmin etməkdir

Şəhərlərin tarixi-mədəni irsinin qorunması müasir şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan tarixi və memarlıq əhəmiyyətli ərazilərdə reklam qurğularının yerləşdirilməsi xüsusi qaydalar əsasında tənzimlənir. Məqsəd reklam fəaliyyətini şəhərin memarlıq siması ilə uzlaşdırmaq, tarixi abidələrin estetik görünüşünü və unikallığını qorumaqdır.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş *"Açıq məkanda reklamın yerləşdirilməsi Qaydaları"*na əsasən, tarix və mədəniyyət abidələrinin, eləcə də memarlıq irsi obyektlərinin qorunması məqsədilə bir sıra tələblər müəyyən edilib.

Onun sözlərinə görə, reklam qurğularının tarixi və memarlıq abidələrinin fasadlarında, dam örtüklərində, eyvanlarında, dekorativ elementlərini örtəcək və ya onların görünüşünü pozacaq şəkildə yerləşdirilməsinə yol verilmir. H.Azəri qeyd edib ki, bu yanaşmanın əsas məqsədi şəhərin tarixi-mədəni irsinin qorunması, memarlıq abidələrinin unikallığının saxlanılması və reklam fəaliyyətinin şəhər estetikası ilə harmonik şəkildə uzlaşdırılmasıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”