Ukrayna müharibənin 1588-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 403 550 hərbçi, 12 067 ədəd tank, 24 851 ədəd zirehli döyüş maşını, 45 040 ədəd artilleriya sistemi, 1 901 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 455 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 777 ədəd yerüstü robot-texnika kompleksi, 381 176 ədəd PUA, 114 104 ədəd avtomobil texnikası, 4 797 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 368 xüsusi avadanlıq itirib.