01 iyul 2026 15:07
81

Venesueladakı zəlzələ 59 minə yaxın binaya ziyan vurub

Venesuelada baş vermiş son güclü zəlzələ nəticəsində 59 minə yaxın bina zədələnə və ya tamamilə dağıla bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" qəzeti peyk məlumatlarının ilkin təhlilinə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, Oreqon Ştat Universitetinin tədqiqatçıları Avropa Kosmik Agentliyinin "Sentinel-1" peyklərindən alınan yüksək dəqiqlikli təsvirləri analiz ediblər. Alimlər belə qənaətə gəliblər ki, fəlakət bölgəsində təxminən 58 870 bina zərər görmüş ola bilər.

Bununla belə, mütəxəssislər bu qiymətləndirmənin ilkin xarakter daşıdığını və yeni məlumatlar daxil olduqca rəqəmlərin dəqiqləşdiriləcəyini vurğulayıblar.

Zəlzələdən sonra regionda qeyri-adi təbiət hadisələri də qeydə alınıb. "VTV" telekanalının məlumatına görə, yeraltı təkanlardan sonra atmosfer hadisəsi səbəbindən Venesuela üzərində səma qırmızı rəngə boyanıb.

Digər tərəfdən, fəlakətin fəsadlarının aradan qaldırılması üçün beynəlxalq dəstək işə düşüb. "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general Frensis Donovana istinadən xəbər verir ki, ABŞ ordusu zəlzələnin nəticələrini ləğv etmək və xilasetmə işlərinə kömək göstərmək məqsədilə Venesuelaya 900-dən çox şəxsi heyət göndərib.