Ortaq strateji baxışa əsaslanan Azərbaycan və ABŞ-ın birgə təşəbbüslərinin həyata keçirilməsi – regionda sülhün və uzunmüddətli rifah təmin edilməsi – qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-nin Müstəqillik Gününün 250 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edəcək.
"Bu, iqtisadi və investisiya əməkdaşlığının daha da genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə birgə fəaliyyətin dərinləşməsinə töhfə verəcək", - S. Şərifov qeyd edib.
Baş nazir müavini həmçinin vurğulayıb ki, ABŞ 250 illik dövlətçilik tarixi ərzində dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlər sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayaraq aparıcı dünya dövlətləri arasında layiqli yer tutub.
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - FOTO