02 iyul 2026 15:29
101

Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub

. Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU)  yeniyetmə fiqurlu konkisürən Veronika Jilina  ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib və idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

“İki sahil” xəbər verir ki, Veronika Jilina 2026–2027 mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq  Azərbaycan adına mübarizə aparacaq. Qeyd edək ki, hazırda tək konkisürmə dissiplini üzrə  beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.