03 iyul 2026 14:48
117

BANM məzunları magistraturaya qəbulda ölkə birincisidir

Dövlət İmtahan Mərkəzinin 2025/2026-cı tədris ili üzrə elmi-statistik təhlilinə əsasən, imtahanda ən azı 10 məzunu iştirak edən ali təhsil müəssisələri arasında ən yüksək nəticəni Bakı Ali Neft Məktəbininin məzunları göstərib.

“İki sahil” xəbər verir ki, BANM məzunlarının orta balı 76.4 olub.

Onlar həmçinin xarici dil (21.6 bal), informatika (17.3 bal) və məntiq (37.5 bal) fənləri üzrə də ən yüksək nəticəyə imza atıblar.