03 iyul 2026 23:48
101

ABŞ-da ticarət mərkəzində atışma baş verib

ABŞ-ın Miçiqan ştatında yerləşən "Fairlane Mall" ticarət mərkəzində atışma baş verib.

“İki sahil” xəbər verir ki, atışma anının qeydə alındığı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər güllə yarası alıb.

Hadisə yerinə çox sayda polis və təcili yardım əməkdaşları cəlb olunub.