04 iyul 2026 09:50
84

Konqoda Ebolaya yoluxanların sayı 1500-ü keçib

Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 42 artaraq 1502-yə çatıb. “İki sahil” yazır ki, bu barədə Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat verib.

Məlumata görə, Eboladan ölənlərin sayı 473-ə çatıb ki, bu da əvvəlki günlə müqayisədə 26 nəfər çoxdur. Ölüm nisbəti 31,4%-dir.

Xəstəxanalarda və təcridxanalarda 628 xəstə var. 213 nəfər tam sağalıb. Təmas izlənməsi nisbəti 81,8%-ə çatıb. Ebola virusuna yoluxmuş şəxslərlə təmasda olan 11.360 nəfər nəzarət altındadır.

Hazırkı Ebola epidemiyası 15 mayda Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”