06 iyul 2026 21:46
105

Lukaku Türkiyə klubuna keçə bilər

Belçika millisinin hücumçusu Romelu Lukaku yay transfer dövründə "Napoli"ni tərk edə bilər.

“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, Neapol təmsilçisi 33 yaşlı futbolçunu 10 milyon avroya satmağa razıdır. Bildirilir ki, futbolçu ilə Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" klubları maraqlanır.

Qeyd edək ki, Lukakunun "Napoli" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm zədə səbəbindən cəmi 7 oyunda meydana çıxıb və 1 qol vurub.