Sülh sazişinin yekunlaşdırılması ilə bağlı Azərbaycan tərəfinin üzərinə düşən bütün işlər artıq həyata keçirilib və tamamlanıb.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, artıq sülh sazişinin mətni paraflanıb və ictimaiyyət üçün açıqlanıb. Bu gün həmin mətnin həm preambulası, həm də 17 maddəsi hər kəs üçün açıqdır.
"Azərbaycanın mövqeyi bu məsələdə hər zaman ardıcıl və prinsipial olub. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın əsas gözləntisi Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişinin imzalanması üçün heç bir əlavə maneə qalmayacaq və sənəd növbəti gün imzalana bilər", - deyə nazir qeyd edib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir