10 iyul 2026 21:48
70

Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçiriləcək

15–16 iyul tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçiriləcək. “İki sahil” xəbər verir ki, Mingəçevir Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 200 cüdoçu mübarizə aparacaq. Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.