11 iyul 2026 10:10
95

Jan-Mişel Brun: Fransa mətbuatı uzun illər müstəmləkəçiliyi “sivilizasiya missiyası” kimi təqdim edib

Fransa mətbuatı uzun illər müstəmləkəçiliyin mahiyyətini gizlədərək onu “sivilizasiya missiyası” kimi təqdim edib və bununla da kolonial təfəkkürün formalaşmasına xidmət göstərib.

“İki sahil” xəbər verir ki, bu fikri “Fransa müsəlmanları” xəbər portalının təsisçisi Jan-Mişel Brun (Jean-Michel Brun) “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib. O qeyd edib ki, XIX əsrdə Fransa mətbuatı müstəmləkəçiliyi tərəqqi, təhsil və təhlükəsizlik gətirən bir proses kimi təqdim edir, bununla yanaşı, zorakılığı, istismarı və irqi ayrı-seçkiliyi kölgədə saxlayırdı. Müstəmləkə xalqlarının səsi isə ya ümumiyyətlə eşidilmir, ya da təhrif olunurdu.

Jan-Mişel Brun vurğulayıb ki, müstəmləkəçilik, ilk növbədə, mədəniyyət vasitəsilə həyata keçirilib və dekolonizasiya da mədəniyyət üzərindən aparılmalıdır. Onun sözlərinə görə, bu prosesdə medianın üzərinə həqiqətlərin üzə çıxarılması və tarixi ədalətin bərpası baxımından mühüm məsuliyyət düşür.