12 iyul 2026 19:20
111

Maldiniyə vəzifə verilib

İtaliya Futbol Federasiyasının yeni texniki direktoru bəlli olub.

“İki sahil” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə ölkənin əfsanəvi futbolçusu Paolo Maldini gətirilib.

Onunla 4 illik müqavilə nəzərdə tutulub.

İtaliya futbol tarixinin əfsanələrindən sayılan Maldini karyerası ərzində "Milan"da çıxış edib. Keçmiş müdafiəçi yığmanın heyətində 126 oyunda 7 qolla yadda qalıb.

O, həmçinin dünya çempionatında bir dəfə gümüş və eyni sayda bürünc medal qazanıb.