12 iyul 2026 20:58
88

FIFA dünya çempionatının 64 komandalı formatını nəzərdən keçirir

Gələcəkdə futbol üzrə dünya çempionatının iştirakçı sayının 64 komandaya çatdırılması ehtimalı nəzərdən keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino “Blue Sport” portalına müsahibəsində danışıb.

O bildirib ki, mundialın formatının daha da genişləndirilməsi məsələsi gündəmdədir. İnfantino xatırladıb ki, 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakçı komandaların sayı tarixdə ilk dəfə olaraq 32-dən 48-ə yüksəldilib.

FIFA prezidentinin sözlərinə görə, dünya çempionatında iştirak etmək imkanı yalnız müəyyən ölkələrlə məhdudlaşmamalıdır və bütün milli komandalar bu turnirdə çıxış etmək şansına sahib olacaqlarına ümid edə bilməlidirlər. O qeyd edib ki, 64 komandalı formatın tətbiqi ideyası müzakirə predmetidir, lakin bununla bağlı hələlik yekun qərar qəbul edilməyib.