13 iyul 2026 01:34
73

Banqkokda baş verən yanğında 27 nəfər ölüb

Tailandın paytaxtı Banqkokun şimalındakı əyləncə məkanlarından birində baş verən güclü yanğın nəticəsində 27 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Tailandın Baş naziri Anuthin Çanvirakulun açıqlamasına istinadla məlumat yayıb.

Baş nazir hadisə yerində jurnalistlərə açıqlamasında 27 nəfərin həyatını itirdiyini, daha bir neçə nəfərin isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Hazırda yanğının başvermə səbəbi araşdırılır.