Ancaq özümüzə və dövlətə güvənməliyik. Birliyimiz heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirib.
Dövlətimizin başçısı dünyanın dəyişdiyini, yeni təhdid və təxribatların ortaya çıxdığını bildirərək, Azərbaycana qarşı olan qüvvələrin heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklərini vurğulayıb. Həmçinin hüquqlarımızın, milli kimliyimizin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi naminə bu mübarizənin daimi xarakter daşımalı olduğunu qeyd edib.
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
Prezident: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər
Azərbaycan Prezidenti: Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir